Erməni vəkil: “Bizim generallarımız deyən-danışana, ən pisi isə yazan-pozana çevriliblər”

2021/05/Untit-1620198788.jpg
Oxunub: 570     11:53     05 May 2021    
“Məndə belə bir təəssürat var ki, bizim generallarımız deyən-danışana, ən pisi isə yazan-pozana çevriliblər. Bu cür generallar başqalarını tənqid etməyə çalışırlar. Qərargah rəisi olmuş generalın mətbuat konfransı verməsi və hansısa şeyləri danışması nə deməkdir? Tamamilə dəli olmusunuz?”.

Ordu.az xəbər verir ki, bunu erməni vəkil Aleksandr Sirunyan Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Hakobyanla bağlı cinayət işinə toxunarkən deyib.

Sirunyanın sözlərinə görə, bu cinayət işi Hakobyanın mətbuat konfransında səslənmiş açıqlamalara aiddirsə, onda daha əvvəl cinayət işi açılmalı idi, çünki mətbuat konfransı təşkil etmək və ordunun daxili mətbəxini, hərbi sirri ehtiva edən məlumatları ictimailəşdirmək generala, ordunun ikinci simasına uyğun deyil.

“Bir general mətbuat konfransı təşkil edir və həyatını danışır, generalların bir qrupu gecə ilə hansısa bəyanat imzalayırlar və istefa tələb edirlər, ertəsi gün hələ bir bəyanat yayaraq bildirirlər ki, ilk bəyanatlarını yenidən təsdiq edirlər. Bu, gülməlidir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Böhran  

Erməni vəkil: “Bizim generallarımız deyən-danışana, ən pisi isə yazan-pozana çevriliblər”

2021/05/Untit-1620198788.jpg
Oxunub: 571     11:53     05 May 2021    