Erməni politoloq: “Minsk qrupunun üzvləri əslində münaqişənin artıq keçmişdə qaldığı ilə bağlı İlham Əliyevlə eyni fikirdədirlər”

2021/05/maxre-1620198447.jpg
Oxunub: 957     12:20     05 May 2021    
“Minsk qrupu Qarabağ probleminin həlli məsələsində növbəti aktivləşmə cəhdi edir”.

Ordu.az xəbər verrir ki, bunu erməni politoloq Styopa Safaryan Fransa səfirinin “Dağlıq Qarabağ münaqişəsinin dinc həll danışıqlarının yenidən başlaması həmsədrlərin prioritet məsələsidir” bəyanatına toxunarkən deyib.

“Birmənalı olaraq bu, növbəti aktivləşmə cəhdidir və Allah qoysa, o, yaxşı başa çatsın. İndi mürəkkəb vəziyyət var. Bir tərəfdən var olanı beynəlmiləlləşdirmək üçün Rusiyanın özünün də Minsk qrupuna ehtiyacı var, çünki o, həssas vəziyyətdədir. Lakin digər tərəfdən də razı ola bilməz ki, rus sülhməramlılar əvəz edilsin və “status” məsələsi qoyulsun. Çünki o bildirib ki, “status” məsələsini sonraya buraxırlar, ona görə ki, Azərbaycanla razılaşmalar pozulur”, - deyə Safaryan qeyd edib.

Onun sözlərinə görə, Minsk qrupunun üzvləri əslində münaqişənin artıq keçmişdə qaldığı ilə bağlı İlham Əliyevlə eyni fikirdədirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Minsk-Qrupu   Azərbaycan  

Erməni politoloq: “Minsk qrupunun üzvləri əslində münaqişənin artıq keçmişdə qaldığı ilə bağlı İlham Əliyevlə eyni fikirdədirlər”

2021/05/maxre-1620198447.jpg
Oxunub: 958     12:20     05 May 2021    