Niyə Bayden Azərbaycana hərbi yardım nümayiş etdirməyə qərar verdi?

2021/04/258ae-1619288063.jpg
Oxunub: 1011     11:39     05 May 2021    
“Trampın prezidentliyi dövründə Ermənistan Birləşmiş Ştatlardan 16 milyon, Azərbaycan isə bir neçə dəfə artıq, 106 milyon dollar yardım alıb. Təkcə Barak Obamanın rəhbərliyi dövrüdür ki, həm Ermənistan, həm də Azərbaycan demək olar bərabər şəkildə, 117 və 114 milyon yardım alıb”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Narek Minasyan deyib.

“Təbii olaraq bu, ABŞ-ın maraqları ilə əlaqədardır. Azərbaycan xüsusən müharibədən sonra ABŞ üçün əhəmiyyətini nəinki qoruyub saxlayır, həmçinin daha böyük regional əhəmiyyət əldə edib, bu, öz siyasətlərini regionda hazırlayarkən və həyata keçirərkən müxtəlif qütbləri nəzərə almaya bilməz”, - deyə Minasyan qeyd edib.

Onun sözlərinə görə, bu yardımın nə qədər təşkil edəcəyi hələlik məlum deyil, lakin burada Azərbaycana verilən yardımın böyük hissəsinin anti-terror mübarizəsi məqsədilə nəzərdə tutulması halı diqqətəlayiqdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Azərbaycan  

Niyə Bayden Azərbaycana hərbi yardım nümayiş etdirməyə qərar verdi?

2021/04/258ae-1619288063.jpg
Oxunub: 1012     11:39     05 May 2021    