Türkiyədə keçiriləcək IDEF-21 adlı müdafiə sənayesi sərgisi təxirə salınıb

2021/05/IDEF2-1620196090.jpg
Oxunub: 2647     14:39     05 May 2021    
Türkiyə dünyanın ən böyük müdafiə sənayesi sərgilərindən biri olan və hər iki ildən bir keçirilən 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisini (IDEF'21) təxirə salıb.

Ordu.az xəbər verir ki, sərginin təxirə salınmasına səbəb Türkiyədə koronavirus səbəbilə tətbiq edilən karantin tədbirləridir.

25-28 may 2021-ci il tarixlərində keçirilməsi planlaşdırılan sərgi 17-20 avqust 2021-ci il tarixləri arasında keçiriləcək.

IDEF-21 sərgisində bir çox xarici şirkət və nümayəndə heyətinin iştirak edəcəyi təxmin edilir. Sərgi çərçivəsində Türk Müdafiə sənayesi sektoru bir çox yeni məhsulu satışa təqdim edəcək.

2019-cu ildə 71 ölkədən və 3 beynəlxalq təşkilatdan 151 nümayəndə heyətini və 588 nümayəndə heyətini qəbul edən IDEF-ə bir çox nümayəndə heyəti dəvət edilmişdi. 14-cü dəfə təşkil edilən IDEF-də Türkiyənin müdafiə və təhlükəsizlik tədarükü orqanları, iştirakçı şirkətlər və nümayəndə heyətləri arasında 2700 ikitərəfli görüş keçirilib.

120 min meydanda keçirilməsi planlaşdırılan sərgidə quru, hava, dəniz, kosmik müdafiə sistemləri və hər növ təhlükəsizlik xidmətləri üçün minlərlə məhsul sərgilənəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   IDEF  

Türkiyədə keçiriləcək IDEF-21 adlı müdafiə sənayesi sərgisi təxirə salınıb

2021/05/IDEF2-1620196090.jpg
Oxunub: 2648     14:39     05 May 2021    