ABŞ “Minuteman III” ballistik raketini sınaqdan keçirəcək

2018/11/34534-1542287594.jpg
Oxunub: 557     12:32     05 May 2021    
ABŞ ordusu bu gün nüvə qabiliyyətli “Minuteman III” qitələrarası ballistik raketini səınaqdan keçirəcək.

Ordu.az xəbər verir ki, sınaq ABŞ Hərbi Hava Qüvvələrinin Vandenberq aviabazasında həyata keçiriləcək.

Sınaqdan keçiriləcək raket döyüş başlığı daşımayacaq.

“Minuteman III” raketlərinin əvvəlki sınaq buraxılışı fevral ayında həyata keçirilib. Sınaq zamanı raket aviabazadan Marşal adalarına qədər yol qət edib.

“Minuteman” ailəsinin üç mərhələli quru əsaslı qitələrarası ballistik raketləri Soyuq Müharibə dövründə nüvə fəaliyyətlərinin qarşısını almaq üçün nəzərdə tutulmuşdu. “Minuteman III” ABŞ-da xidmət göstərən yeganə quru əsaslı qitələrarası ballistik raketdir.

“Minuteman III” raketlərinin uzunluğu 18.3 metr, çəkisi 36 min tondan artıqdır. Raket 9700 kilometr məsafədə yerləşən hədəfi nisbi dəqiqliklə vura bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Minuteman  

ABŞ “Minuteman III” ballistik raketini sınaqdan keçirəcək

2018/11/34534-1542287594.jpg
Oxunub: 558     12:32     05 May 2021    