Türkiyə “Hisar A+” HHM sisteminin avtonom variantını sınaqdan keçirib - VİDEO

2021/05/8354f-1620195835.jpg
Oxunub: 841     11:31     05 May 2021    
Türkiyənin ilk milli və yerli “Hisar A+” Hava Hücumundan Müdafiə (HHM) sisteminin avtonom variantı sınaqdan keçirilib.

Ordu.az xəbər verir ki, sınaqlar zamanı sistem yüksək sürətə malik hədəf PUA-larını uğurla vura bilib.

Avtonom “Hisar A+” sistemlərinin sınaqları Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə Aksarayda yerləşən atış poliqonundan həyata keçirilib.

Türkiyə ASELSAN və ROKETSAN şirkətləri tərəfindən inkişaf etdirilən HHM sistemlərini tezliklə arsenla qəbul etmək niyyətindədir.

HHM sisteminin avtonom variantı əvvəlki konfiqurasiyalarla müqayisədə mənzili daha uzundur. Avtonom “Hisar A+” hər cür ərazi şəraitində hərəkət etmə qabiliyyəti, sürətli mövqe dəyişikliyi, qısa reaksiya müddəti və şaquli buraxılış qabiliyyəti ilə 360 ° qoruma qabiliyyətinə malikdir.

Sistem hər hansı bir elementə ehtiyac olmadan hədəflərin qarşısını almağa qadirdir. Radar, elektro-optik sensorlar, komanda-idarəetmə, atəşə nəzarət elementləri, rabitə elementləri və raketlər tək bir zirehli nəqliyyat vasitəsində yerləşir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   HİSAR  

Türkiyə “Hisar A+” HHM sisteminin avtonom variantını sınaqdan keçirib - VİDEO

2021/05/8354f-1620195835.jpg
Oxunub: 842     11:31     05 May 2021    