Suriyanın şimal-qərbinə raket zərbəsi endirilib, ölən və yaralananlar var

2021/05/ZKTKC-1620195628.jpg
Oxunub: 575     11:45     05 May 2021    
Bu gün səhər saatlarında Suriyanın şimal-qərbində yerləşən Haffeh və Masyaf şəhərlərinə raket zərbələri endirilib.

Ordu.az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb.

Suriyanın Hava Hücumundan Müdafiə (HHM) bölmələri raket hücumlarına cavab verib. Raketlərin bəzilərinin qarşısı alınsa da, bir neçəsi hədəflərinə dəyib.

Suriya raket zərbəsi nəticəsində bir nəfərin öldüyünü, 6 nəfərin yaralandığını bildirib.

Dəməşq hücumun İsrail tərəfindən həyata keçirildiyini açıqlayıb. İsrail ordusu məlumat verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Suriya   İsrail  

Suriyanın şimal-qərbinə raket zərbəsi endirilib, ölən və yaralananlar var

2021/05/ZKTKC-1620195628.jpg
Oxunub: 576     11:45     05 May 2021    