Qəza nəticəsində Ermənistan ordusunun 2 zabiti yaralanıb

2019/01/c27a3-1547444212.jpg
Oxunub: 1758     17:46     04 May 2021    
İrəvanda baş vermiş böyük avtoqəza nəticəsində xəstəxanaya yerləşdirilmiş yaralıların və sürücülərin kimliyi məlum olub.

Ordu.az xəbər verir ki, "Toyota" markalı avtomobili Ararat vilayəti sakini, 40 yaşlı Robert Qriqoryan, BMW markalı, 30 PN 400 nömrə nişanlı avtomobili İrəvan sakini, 32 yaşlı Pavel Nağdalyan idarə edib.

Qeğarlunik vilayətinin Ltsaşen kəndinin sakini, 29 yaşlı Artur Hovhannisyan isə idarə etdiyi BMW markalı, 34 ԼC 192 nömrə nişanlı avtomobillə P.Nağdalyanın idarə etdiyi BMW markalı avtomobilə çırpılıb, o da irəli gedərək "Toyota" markalı avtomobilin sürücüsü R.Qriqoryanı vurub.

Qəza nəticəsində R.Qriqoryan, N.Nağdalyan, A.Hovhannisyanın sərnişini, Stepanavan şəhər sakini, 27 yaşlı Samson Çobanyan bədən xəsarətləri ilə "Erebuni" tibb mərkəzinə yerləşdiriliblər, A.Hovhannisyan isə Heratsi adına 1 nömrəli universitet xəstəxanasına yerləşdirilib.

Məlumata görə, R.Qriqoryan Ermənistan Dövlət Gəlirlər Komitəsinin istintaq və əməiyyat-axtarış idarəsinin Ararat şöbəsinin rəisi işləyir, sürücülərdən biri olan A.Hovhannisyan Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində taqım komandiri, digər sürücü S.Çobanyan manqa komandiri kimi qulluq edir.

Qeyd olunur ki, yaralılardan birinin ayağı kəsilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Qəza  

Qəza nəticəsində Ermənistan ordusunun 2 zabiti yaralanıb

2019/01/c27a3-1547444212.jpg
Oxunub: 1759     17:46     04 May 2021    