Ermənistan 44 günlük müharibənin hallarını araşdıran istintaq komissiyası yaratmaq istəyir?

2021/05/timth-1620120776.jpg
Oxunub: 759     21:31     04 May 2021    
Hələ aprelin 16-da Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyan 44 günlük müharibənin hallarını araşdıran istintaq komissiyası yaratmaq təklifi ilə Ermənistan parlamentinin sədrinə, Ermənistan parlamentinin hakim və müxalif fraksiyalarının rəhbərlərinə, habelə Müdafiə komissiyasının sədrinə müraciət etmişdi.

Ordu.az xəbər verir ki, bu təklifdən artıq 17 gün keçib və “Joğovurd” nəşri bu məsələ ilə bağlı Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın hansı mövqedə olduğu, istintaq komissiyası yaradılıb-yaradılmayacağı ilə şərh almağa çalışıb.

Lakin Mirzoyanın müşaviri Vahan Kostanyan belə cavab verib: “Parlament nizamnaməsi qanunu ilə tanış olmağıtəklif edirəm. Parlamentin sədri istintaq komissiyası yaratmaq səlahiyyətinə sahib deyil”.

“Parlament nizamnaməsi qanununda nə yazıdlığını yaxşı bilirik və bizə məhz Ararat Mirzoyanın mövqeyi lazımdır” sualına o, eyni cavabı verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qasparyan   Ermənistan-ordusu   Ermənistan   MN   Böhran  

Ermənistan 44 günlük müharibənin hallarını araşdıran istintaq komissiyası yaratmaq istəyir?

2021/05/timth-1620120776.jpg
Oxunub: 760     21:31     04 May 2021    