Ermənistan seçkiqabağı fərarilərin əfv edilməsinə hazırlaşır

2018/07/146046786734534534_1509435690_1523899490_1532510960.jpg
Oxunub: 730     16:29     04 May 2021    
Ermənistan hökuməti tərəfindən təqdim edilmiş “Müddətli hərbi və ya alternativ xidmətin növbəti hərbi çağırışından, təlim toplanışından və ya səfərbərlik hərbi çağırışından yayınmış şəxslərə qarşı əfv elan etmək haqqında” layihə hüquq-mühafizə sisteminin narazılığına səbəb olub.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Layihə Ermənistan parlamentinin növbəti iclasında müzakirə edilməlidir.

Ermənistan Ədliyyə Nazirliyinin məlumatlarına görə, qanun 5131 insana şamil edilə bilər. Lakin layihə hələ parlamentə çatmamış artıq kəskin şəkildə tənqid olunub.

Məlumata görə, hüquq-mühafizə sistemində artıq narazılıq edirlər ki, əfv ölkəni tərk etmiş insanlara qarşı yox, 44 günlük müharibə zamanı qeyri-bərabər döyüşdən qaçmış, döyüş mövqeyini tərk etdiklərinə görə ittiham edilən şəxslərə qarşı tətbiq edilməlidir.

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğunun 2020-ci il üçün illik hesabatına əsasən, Ermənistanın təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş döyüş növbətçiliyinin və ya döyüş xidməti həyata keçirməyin qaydalarını pozmaqla bağlı çoxsaylı hadisələr üzrə 1445 cinayət işi açılıb.

Lakin, məlumata görə, əslində müttəhim kürsüsünə düşmüş şəxslərin sayı daha böyükdür, təxminən 8 minə çatır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistan seçkiqabağı fərarilərin əfv edilməsinə hazırlaşır

2018/07/146046786734534534_1509435690_1523899490_1532510960.jpg
Oxunub: 731     16:29     04 May 2021    