Paşinyanın blokunun reytinqi 4.5 faiz azalıb – SORĞU

2021/04/KMO_0-1618646009.jpg
Oxunub: 792     14:55     04 May 2021    
“Gallup International Association” təşkilatı Ermənistanda seçkiqabağı sorğu keçirib.

Ordu.az xəbər verir ki, sorğulara əsasən, Ermənistanda “Mənim addımım” blokunun reytinqi bir ayda 4.5 faiz azalıb.

Martda respondentlərin 31.7 faizi seçkilərin baş tutacağı təqdirdə “Mənim addımım” blokuna səs verməyə hazır idi, apreldə isə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın başçılıq etdiyi blokun lehinə sorğu iştirakçılarının 27.2 faizi səs verməyə hazırdır.

Sorğu iştirakçılarının 8.1 faizi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın başçılıq etdiyi siyasi qüvvənin lehinə səs verməyə hazırdır, halbuki martda bu göstərici 5.9 faiz idi. 3.7 faiz (4.4 faiz) Çiçəklənən Ermənistan Partiyasına, 1.8 faiz (2.7 faiz) İşıqlı Ermənistan Partiyasına, 1.8 faiz (2.1 faiz) Daşnaksütuna, 1.1 faiz (2.4 faiz) Ermənistan Respublikaçılar Partiyasına səs verməyə hazır olub.

Respondentlərin 7.4 faizi heç kimin xeyrinə səs verməyəcəyini deyib, martda isə bu göstərici 24.6 faiz olub. 11.8 faiz seçkilərdə iştirak etməyəcək, 14.3 faiz cavab verməkdən imtina edib.

Sorğu telefon nömrələri yolu ilə martın 26-29-da və aprelin 23-27-də keçirilib. Ermənistanın bütün ərazisindən 1003 nəfər iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Paşinyanın blokunun reytinqi 4.5 faiz azalıb – SORĞU

2021/04/KMO_0-1618646009.jpg
Oxunub: 793     14:55     04 May 2021    