“Bu mərhələdə nə Donbasda, nə də Qarabağda Moskvaya əlavə gərginlik lazım deyil” – Malaşenko

2018/01/35235345_1516444687.jpg
Oxunub: 2188     14:25     04 May 2021    
“Rusiya Xarici İşlər nazirinin münaqişə ölkələrinə səfəri vacibdir, çünki rus-türk münasibətləri üçün yeni vəziyyətdə baş verir. Bu gün yeni reallıqlar var, bunlardan ağır çəkilisi Donbas ətrafındakı vəziyyətdir”.

Ordu.az xəbər verir ki, bunu rus şərqşünas Aleksey Malaşenko Rusiya Xarici İşlər nazirinin regiona, Bakı və İrəvana baş tutacaq səfərinə toxunarkən deyib.

Malaşenkonun sözlərinə görə, son aylarda Donbas məsələsində Rusiya və Türkiyənin yanaşmaları elə şəkildə mövqe tutub və elə bir vəziyyət yaranıb ki, bu, Moskvanı Qarabağ məsələsi üzrə daha ehtiyatlı yanaşmaya sahib olmağa məcbur edir, çünki digər aktorlar olan Fransa və Birləşmiş Ştatlar da buradadır.

“Bu mərhələdə nə Donbasda, nə də Qarabağda Moskvaya əlavə gərginlik lazım deyil, iki zonada yaranmış vəziyyət isə Türkiyəyə, Fransaya və Birləşmiş Ştatlara müxtəlif şəkildə fəaliyyət göstərmək imkanı verir, ATƏT-in Minsk qrupunun qərb həmsədrlərinin danışıqlarda iştirakı isə bu münaqişə zonasında Türkiyənin rolunu azaldacaq”, - deyə o bildirib.

Aleksey Malaşenko qeyd edib ki, Rusiya Xarici İşlər nazirinin münaqişə ölkələrinə səfəri ATƏT-in Minsk qrupunun işini başlatmaq üçün zəmin hazırlayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Malaşenko   Rusiya   XİN   Azərbaycan   Qarabağ   Ermənistan   Böhran   ATƏT  

“Bu mərhələdə nə Donbasda, nə də Qarabağda Moskvaya əlavə gərginlik lazım deyil” – Malaşenko

2018/01/35235345_1516444687.jpg
Oxunub: 2189     14:25     04 May 2021    