Ermənistan ordusunda seçkiqabağı rüşvət

2021/05/fafas-1620113545.jpg
Oxunub: 686     15:51     04 May 2021    
Ermənistan hakimiyyəti mümkün 20 iyun parlament seçkilərindən əvvəl seçkilərdə lazımi səsləri təmin etmək üçün hər şey edir.

“168.am” nəşri yazır ki, seçkilərin günü hələlik rəsmi olaraq təyin edilməyib, ancaq Ermənistan hakimiyyəti biri digərinin ardınca vədlər yağdırır.

“Nikol Paşinyan öz təhlükəsizliyini təmin edən Ermənistan Dövlət Mühafizə Xidmətinin işçilərinə “rüşvət verdikdən”, onların maaşını 97.5 faizə qədər qaldırdıqdan, müəllimlərin maaşının qaldırılması haqqında danışdıqdan sonra indi də hərbi xidməti “cəlbedici” etməyə yönəlmiş addımlara keçib.

Ermənistan Müdafiə Nazirliyinin hazırladığı yeni layihə hərbi xidməti cəledici etməyə və yaxud da seçki kütləsinə rüşvət verməyə yönəlib. Sözügedən layihə mayın 3-da Ermənistan məhkəmə aktları layihələrinin vahid saytında müzakirəyə qoyulub.

Layihənin əsaslandırmasında qeyd olunub ki, layihə hərbi xidməti daha cəlbedici etmək üçün gətirilib.

Layihə müəlliflərinin sözlərinə görə, qanun layihəsinin qəbul edilməsi əsasında Ermənistan hökumətinin qərarı ilə hərbi rütbələrə görə əlavə ödənişlərin miqdarlarını müəyyənləşdirmək lazım olacaq.

Əlavə ödənişlərin ilkin miqdarları və hesablamalar nəticəsində aylıq əlavə 781 milyon 389 min 420 Ermənistan dramı, illik isə əlavə 9 milyard 376 milyon 673 min 040 Ermənistan dramı lazım olacaq. Xərclər Ermənistan dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçiriləcək”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Ermənistan-ordusu   MN  

Ermənistan ordusunda seçkiqabağı rüşvət

2021/05/fafas-1620113545.jpg
Oxunub: 687     15:51     04 May 2021    