Ermənistanda fərariliyə görə 8-10 min hərbi qulluqçu müttəhim kürsüsündədir

2021/05/344-1620113761.jpg
Oxunub: 2429     12:21     04 May 2021    
Ermənistanın hüquq-mühafizə orqanları müharibə zamanı hərbi hissəni tərk etmiş şəxslərlə əlaqədar 8-10 min hərbi qulluqçu ilə bağlı açılmış cinayət işlərini araşdırır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müqaviləli erməni hərbi qulluqçular, sıravi erməni hərbi qulluqçular, ehtiyat qoşununun üzvləri bu işlərə cəlb olunublar.

Nəticədə Ermənistanın hüquq-mühafizə orqanları cəmi bir neçə cinayət işini məhkəməyə göndərib.

Seryoja Xaçatryan adlı erməniyə qarşı ittiham irəli sürülüb ki, o, 30.09.2020 tarixindən 25.02.2021 tarixinə qədər Ermənistan Müdafiə Nazirliyinin 51036 nömrəli hərbi hissəsinin 1-ci atıcı taborunun 3-cü atıcı bölüyünün 3-cü taqımının 2-ci manqasının PK pulemyotçusu, ehtiyatda olan hərbi qullqçu, rütbəcə sıravi olmaqla Ermənistan hökumətinin 27.09.2020 tarixli, 1586-N nömrəli qərarı ilə elan edilmiş hərbi vəziyyət zamanı, 20.10.2020 tarixində saat 19:30 radələrində hərbi hissəni özbaşına şəkildə tərk edib.

Qarik Torozyan adlı erməniyə ittiham irəli sürülüb ki, o, “N” saylı hərbi hissənin müqaviləli hərbi qulluqçusu olmaqla hərbi vəziyyət şəraitində 2020-ci oktyabrın 7-də hərbi hissəni özbaşına şəkildə, üzrlü səbəblər olmadan tərk edib, 2020-ci il oktyabrın 23-də isə hərbi hissəyə qayıdıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   MN   Böhran  

Ermənistanda fərariliyə görə 8-10 min hərbi qulluqçu müttəhim kürsüsündədir

2021/05/344-1620113761.jpg
Oxunub: 2430     12:21     04 May 2021    