Əlavə ödənişlər erməni hərbi qulluqçular arasında narazılıqlara səbəb olub

2021/05/kyuiy-1620113186.jpg
Oxunub: 921     16:00     04 May 2021    
Erməni hərbi qulluqçuların rütbələrinə görə əlavə ödənişlər müəyyənləşdiriləcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu məsələ erməni hərbi qulluqçular arasında bir sıra narazılıqlara səbəb olub.

Onlar Ermənistanın “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunu ilə müəyyənləşdirilməyən hərbi rütbələrə görə əlavə ödənişi tələb edirlər.

Qeyd edək ki, əlavə ödənişlərin miqdarları Ermənistan hökumətinin qərarı ilə müəyyənləşdiriləcək.

Yeri gəlmişkən, bu barədə layihəni Ermənistan Müdafiə Nazirliyi Ermənistan hökumətinə təqdim edib. Bundan başqa, Ermənistan Müdafiə Nazirliyi artıq ayrılıqda mövcud olmayan bir sıra hərbi vəzifələri ləğv etməyə də təşəbbüs göstərib.

Söhbət “Baş hərbi müfəttiş”, “Baş hərbi müfəttişin birinci müavini” və “Baş hərbi müfəttişin müavini” vəzifələrindən gedir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   MN   Böhran  

Əlavə ödənişlər erməni hərbi qulluqçular arasında narazılıqlara səbəb olub

2021/05/kyuiy-1620113186.jpg
Oxunub: 922     16:00     04 May 2021    