Erməni deputat: “Ölkəmizin sərhədlərində təhlükəsizlik problemləri var, bizim üçün görünən olmayan hansısa işlər görülür”

2021/05/asfas-1620112966.jpg
Oxunub: 1249     17:21     04 May 2021    
“Ölkəmizin sərhədlərində təhlükəsizlik problemləri var. Faktiki olaraq bizim üçün görünən olmayan hansısa işlər görülür. Kəlbəcər bir gülləsiz təhvil veriləndə doğulduğum yer olan Vardenisin təhlükəsizliyi əhəmiyyətli dərəcədə təhlükə altına düşüb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin xüsusi iclasında müstəqil erməni deputat Taquhi Tovmasyan deyib.

“Təhlükəsizlik bufer zonası artıq yoxdur və indi bizim sərhədimiz Vardenisdən Cermuka qədər böyük ölçüdə uzanıb, biz ön xətt formalaşdırmışıq, bu xətt indiyə qədər eyni vəziyyətdədir, yarım il ərzində heç nə dəyişməyib. Ön xətdə çadırlarımız, bəzi hallarda sellofan çadırlarımız var, azərbaycanlılar bunları görürlər. Görürlər ki, biz çadırlarda, torpaqda yatırıq, onlar isə başqa şəraitdə. Teğ icmasının yaxınlığında onlar artıq texnika ilə səngər qazırlar, əvəzində biz bunu etmirik. Bütün bunları məxfilik pərdəsi altında təqdim etmək ən yaxşı həll deyil”, - deyə erməni deputat qeyd edib.

Tovamsyan Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinayana bildirib ki, müharibədən təxminən yarım il keçib, ancaq Qeğarkunikdə, Sünikdə yaxşı təchiz edilmiş ön xətt, səngərlər yoxdur və ermənilərin təhlükəsizliyi, yumşaq desək, narahatverici vəziyyətdədir.

“Qeğarkunik vilayətinin sakini və nümayəndəsi olaraq bilmək istəyirəm ki, hansı maneələrimiz var, bizə nə gözlənilir, son sərhəd dəqiqləşdirmələrinə qədər niyə təchiz edilmiş ön xəttə sahib deyilik?”, - deyə Tovmasyan qeyd edib.

Paşinyan belə cavab verib: “İctimi diskursumuzu eşitdiyim zaman Azərbaycan kəşfiyyatı çox pul xərcləmək zərurətinə sahib deyil. Biri var idi, müharibədən əvvəl deyirdi ki, mən Əliyevin yerinə olsam, indi hücum edərəm, deyilmi? Xahiş edirəm, növbəti dəfə birdən-birə koordinatlarla, xəritələrlə açıqlayın, deyin ki, məsələn, koordinat filan yerdən filan yerə qədər səngərlərimiz yoxdur, burada güclüyük, buradan hücum etməyə dəyməz, amma bu tərəfdə kiçik dəhliz var, buradan daxil ola bilərik. Camaat, biz ümumiyyətlə nə etdiyimizi başa düşürük?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Tovmasyan   Paşinayan  

Erməni deputat: “Ölkəmizin sərhədlərində təhlükəsizlik problemləri var, bizim üçün görünən olmayan hansısa işlər görülür”

2021/05/asfas-1620112966.jpg
Oxunub: 1250     17:21     04 May 2021    