Türkiyə əsas diqqətini TF-X döyüş təyyarəsinin istehsalına yönəldir

2021/05/asfas-1620111273.jpg
Oxunub: 1128     16:16     04 May 2021    
Türkiyə ABŞ-ın F-35 “Joint Strike Fighter” proqramından çıxarıldığı üçün əsas diqqətini yerli TF-X döyüş təyyarəsinin istehsalına yönəldib.

Ordu.az xəbər verir ki, bu barədə yerli televiziya kanalına müsahibəsində Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Demir məlumat verib.

Türkiyənin TUSAŞ şirkəti 2025-2026-ci ilə qədər uçurmağı hədəfləyən TF-X təyyarələrini dizayn və inkişaf etdirir.

Şirkətin Baş direktoru Temel Kotil yerli televiziyalardan birinə müsahibəsində bildirib ki, hökumət TF-X proqramının 1-ci mərhələsinə 1,3 milyard dollar əlavə vəsait ayırıb. 6000 mühəndis bu proqram üzərində işləyir.

Ankara Rusiya istehsalı olan S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemini əldə etdikdən sonra ABŞ Türkiyəni F-35 proqramından çıxarıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: F-35   Türkiyə   ABŞ   Rusiya   TUSAŞ   TF-X  

Türkiyə əsas diqqətini TF-X döyüş təyyarəsinin istehsalına yönəldir

2021/05/asfas-1620111273.jpg
Oxunub: 1129     16:16     04 May 2021    