Rusiya ABŞ-ı silahlanma yarışını təhrik etməkdə günahlandırır

2021/05/34534-1620111096.jpg
Oxunub: 864     15:01     04 May 2021    
Rusiya ABŞ-ı qlobal raket əleyhinə sistemini gücləndirərək silahlanma yarışını təhrik etməkdə günahlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova danışıb.

“ABŞ-ın qlobal raketdən müdafiə sisteminin potensialının artması ciddi təhlükəsizlik nəticələrinə səbəb ola bilər və olur. Dünyadakı strateji güc balansını pozur və raket daxil olmaqla silah yarışına səbəb olur”, - deyə o qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, 2002-ci ildə ABŞ anti-balistik raket müqaviləsindən çıxıb və o zamandan sonra dünya daxilində, xüsusən də Rusiya sərhədlərinə yaxın yerlərdə mobil və stasionar raket əleyhinə sistemlər qurmağa başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   ABŞ  

Rusiya ABŞ-ı silahlanma yarışını təhrik etməkdə günahlandırır

2021/05/34534-1620111096.jpg
Oxunub: 865     15:01     04 May 2021    