Türkiyənin M-60TM tankları yeni atəşi idarəetmə sistemi ilə təchiz ediləcək

2021/05/afasf-1620110887.jpg
Oxunub: 1438     14:46     04 May 2021    
Türkiyənin M-60TM əsas döyüş tankları ölkə daxilində istehsal edilən “Volkan-M” atəşi idarəetmə sistemi ilə təchiz ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Demir məlumat verib.

ASELSAN şirkəti tərəfindən istehsal edilən atəşi idarəetmə sisteminin sınaqları başlayıb.

Sınaqlar zamanı hərəkət edən tankdan stasionar hədəflərə atəş açılıb. Testlərin uğurla başa çatdığı bildirilir.

Qeyd olunub ki, bu ilin sonuna qədər Türkiyə tanklarının yeni atəşi idarəetmə sistemləri ilə təchiz edilməsi prosesi başlayacaq.

Türkiyə Silahlı Qüvvələrinin inventarında olan M-60T “Sabra” tankları ASELSAN şirkəti tərəfindən modernləşdirilir. Bu çərçivədə tanklara “Pulat” aktiv qoruma sistemi, lazer xəbərdarlıq sistemləri, uzaqdan idarə edilən silah sistemi quraşdırlıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   M-60TM   ASELSAN   Volkan-M  

Türkiyənin M-60TM tankları yeni atəşi idarəetmə sistemi ilə təchiz ediləcək

2021/05/afasf-1620110887.jpg
Oxunub: 1439     14:46     04 May 2021    