Cənubi Koreya helikopterlərinin ən vacib hissələrindən birini Türkiyədən alır

2021/05/fasf-1620110791.jpg
Oxunub: 1449     17:38     04 May 2021    
Cənubi Koreya istehsal etdiyi ümumi təyinatlı helikopterin ən vacib hissələrindən biri olan mərkəzi gövdəsini Türkiyədən alır.

Ordu.az xəbər verir ki, bu çərçivədə Türkiyənin “Coşkunöz” müdafiə və aviasiya şirkəti tərəfindən istehsal olunan 26-cı helikopter gövdəsi Cənubi Koreyaya təhvil verilib.

Şirkət 2015-ci ildə Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkəti ilə 60 ədəd ümumi təyinatlı helikopterin mərkəzi gövdəsinin istehsalı barədə müqavilə imzalayıb.

Cənubi Koreya inventarındakı bəzi helikopterlərini hazırda istehsal edilən KUH-1 “Surion” helikopterləri ilə əvəz etməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Koreya   Türkiyə   Surion  

Cənubi Koreya helikopterlərinin ən vacib hissələrindən birini Türkiyədən alır

2021/05/fasf-1620110791.jpg
Oxunub: 1450     17:38     04 May 2021    