Tacikistanla sərhəd qarşıdurmasında 50 nəfər ölüb

2021/05/asfas-1620109548.jpg
Oxunub: 848     12:00     04 May 2021    
Tacikistanla sərhəddəki qarşıdurmada ölən Qırğızıstan vətəndaşlarının sayı 36 nəfərə çatıb, 189 şəxs yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Eliza Soltonbekova bildirib.

"4 may 2021-ci il səhərə olan məlumata görə, zərəçəkənlərin ümumi sayı 189 nəfərdir, 36 nəfər isə ölüb”,- nazir müavini bildirib.

Onun sözlərinə görə, 100 nəfər hələ də xəstəxanadadır.

29 apreldə Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasındakı münaqişə iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurmaya çevrildi. Hər iki tərəfdən təxminən 50 nəfər ölüb, 200-dən çox insan yaralanıb. 29 aprel axşam tərəflər atəşkəs və qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəlsələr də, ertəsi gün yenidən atışma olub. 30 apreldə yenidən tərəflər atəşkəs barədə razılığa gəlib və Tacikistan hərbçiləri 1 mayda Qırğızıstan ərazisini tərk edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tacikistan   Qırğızıstan   Sərhəd  

Tacikistanla sərhəd qarşıdurmasında 50 nəfər ölüb

2021/05/asfas-1620109548.jpg
Oxunub: 849     12:00     04 May 2021    