BMT baş katibi Qırğızıstan və Tacikistana müraciət edib

2021/04/77043-1617522885.jpg
Oxunub: 525     11:36     04 May 2021    
BMT-nin baş katibi Antoniu Quterriş Qırğızıstanı və Tacikistanı barışığa riayət etməyə çağırıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ümumdünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib.

"Baş katib iki ölkə liderlərinin əlaqələrini və mayın 1-də atəşin dayandırılması haqqında nail olunmuş razılaşmanı alqışlayır. O, hər iki tərəfi barışığa riayət edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır”, - Dyujarrik deyib.

"Baş katib həmçinin BMT-nin ehtiyac olduğu halda dəstək göstərməyə hazırlığını təsdiqləyir", - BMT rəsmisi əlavə edib.

Quterriş toqquşmanın gedişatında həlak olanların yaxınlarına başsağlığı verib və xəsarət alanların qısa zamanda sağalmasını arzulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMT   Qırğızıstan   Tacikistan  

BMT baş katibi Qırğızıstan və Tacikistana müraciət edib

2021/04/77043-1617522885.jpg
Oxunub: 526     11:36     04 May 2021    