Pentaqon: "Əl-Qaidə" ABŞ və müttəfiqləri üçün təhlükə yaratmağa davam edir

2021/04/16189-1618905069.jpg
Oxunub: 741     09:02     04 May 2021    
“"Əl-Qaidə" terror şəbəkəsi bu qurumun lideri Üsamə bin Ladenin öldürülməsində 10 il sonra ABŞ və müttəfiqləri üçün təhlükə yaratmağa davam edir”.

Ordu.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi brifinqində deyib.

Jurnalistlər Kirbidən terrorçuların ABŞ-la hər cəbhədə müharibə etməyə hazırlaşdıqları barədə yaydıqları açıqlamaya münasibət bildirməsi istənilib.

Pentaqon sözçüsü deyib ki, belə bir bəyanatı görməyib: “Dediyiniz bəyanatı görməmişəm. Prezident Co Bayden Amerika xalqını terror şəbəkələri və ekstremist təhlükəsindən qorumağa davam etmənin borcumuz olduğunu çox açıq şəkildə bildirib”.

O, əlavə edib ki, heç kim "Əl-Qaidə"nin yox olduğunu düşünmür: Bu şəbəkə hələ də təhlükədir.

Hələ də bu təhlükəyə diqqət yetirməliyik”.

Lakin buna baxmayaraq, Kibri vurğulayıb ki, terror şəbəkəsindən gələn təhdid son 20 ildə miqyası və gücü baxımından xeyli azalıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əl-Qaidə   ABŞ   Pentaqon  

Pentaqon: "Əl-Qaidə" ABŞ və müttəfiqləri üçün təhlükə yaratmağa davam edir

2021/04/16189-1618905069.jpg
Oxunub: 742     09:02     04 May 2021    