Türkiyə aprel ayında Azərbaycana 35.3 milyon dollarlıq hərbi məhsul ixrac edib

2020/02/11111-1581575774.jpg
Oxunub: 7669     17:06     03 May 2021    
Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru 2021-ci ilin aprel ayında müxtəlif ölkələrə 302.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ordu.az xəbər verir ki, bu barədə 61 müxtəlif sektordan olan 95 mindən çox şirkətin məlumatlarını topayan Türkiyə İxracatçılar Məclisinin yaydığı məlumatda qeyd olunub.

Qeyd olunur ki, bu rəqəm ötən ilin mart ayı ilə müqayisədə 88.3% artıqdır.

Türkiyə 2021-ci ilin ilk dörd ayı ərzində 949 milyon 744 min ABŞ dolları dəyərində müdafiə məhsulu ixrac edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 47.7% çoxdur.

2021-ci ilin aprel ayında Türkiyənin müdafiə və aviasiya sənayesi ixracatında önə çıxan ölkələr bunlardır:

ABŞ – 105.8 milyon dollar
Banqladeş – 56.7 milyon dollar
Azərbaycan – 35.3 milyon dollar
BƏƏ – 21.3 milyon dollar
Tunis – 22.7 milyon dollar
Almaniya – 8.6 milyon dollar

Banqladeşin bu siyahıya düşməsinə səbəb bu ölkəyə TRG-300 “Kaplan” raket sistemlərinin tədarükü, Tunisə isə “Anka-S” zərbə PUA-larının ixracı ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Azərbaycan  

Türkiyə aprel ayında Azərbaycana 35.3 milyon dollarlıq hərbi məhsul ixrac edib

2020/02/11111-1581575774.jpg
Oxunub: 7670     17:06     03 May 2021    