Ölmüş erməni hərbi qulluqçunun atası Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası həyata keçirir

2021/05/image-1620041080.jpg
Oxunub: 672     15:27     03 May 2021    
Müharibədə ölən erməni hərbi qulluqçulardan birinin atası Ermənistan hökumətinin binası qarşısında aksiya həyata keçirir.

Ordu.az xəbər verir ki, o, Ermənistan hökumətinin binasının pilləkənlərində oturub və Paşinyanla görüş tələb edir.

"Oğlum bu müharibədə ölüb, könüllü getmişdi. Onun getməsindən sonra uşağı olub, amma uşağını görməyib. Məhkəməyə müraciət ediblər ki, atalığı tanısınlar, mənim soyadımı o uşağa versinlər, amma məhkəmə imtina edir", - deyə o qeyd edib.

Erməni polislər onu sakitləşdirməyə çalışıblar, buna cavab olaraq ölmüş erməni hərbi qulluqçunun atası deyib: "Daha kifayət oldu, nə qədər gözləyək, sadəcə kifayətdir. 6 aydır burdan ora, ordan bura göndərirlər".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Aksiya  

Ölmüş erməni hərbi qulluqçunun atası Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası həyata keçirir

2021/05/image-1620041080.jpg
Oxunub: 673     15:27     03 May 2021    