Sünikdə Rusiyanın 102-ci hərbi bazasının iki yeni təyinat məntəqəsi qurulub

2021/04/fasfa-1618819922.jpg
Oxunub: 2952     14:59     03 May 2021    
Ermənistanın cənubunda yerləşən Sünik vilayətində Rusiyanın102-ci hərbi bazasının iki yeni təyinat məntəqəsi qurulub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində çıxışı zamanı ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan məlumat verib

O bildirib ki, bu iki yeni təyinat məntəqəsi Sünikin və Ermənistanın təhlükəsizliyini təmin etmək üçün əlavə zəmanətdir.

Onun sözlərinə görə, həm müharibədən əvvəl, həm də bundan sonra Ermənistanın xarici təhlükəsizlik sistemi dəyişməyib.

Paşinyan deyib ki, bu sistem ilk növbədə erməni-rus birgə kontingentinə və KTMT-nin hava hücumundan müdafiə siteminə sahib olmağa əsaslanmış olub.

"Bir sıra insanlar qəbul edilmiş bir sıra qərarların Sünik üçün yeni təhlükəsizlik təhdidləri yaratdığını göstərməyə çalışanda deməliyəm ki, onlar vəziyyəti dərindən nəzərdən keçirməyiblər. Ermənistanın bütün sərhədlərinin müdafiəsi erməni-rus birgə kontingentinin səyləri ilə həyata keçirilir, bu o demək deyil ki, bütün yerlərdə döyüş mövqeləri olmalıdır", - deyə Paşinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Sünik  

Sünikdə Rusiyanın 102-ci hərbi bazasının iki yeni təyinat məntəqəsi qurulub

2021/04/fasfa-1618819922.jpg
Oxunub: 2953     14:59     03 May 2021    