Erməni vəkil: “İki zabit Çaylaqqalada hərbi qulluqçuların ölüm hadisələri üzrə məhkəmə qarşısında dayanmalı və həbs edilməlidir”

2018/12/15041-1545914415.jpg
Oxunub: 811     15:48     03 May 2021    
“Bu gün Qarabağ müharibəsindən sonra Çaylaqqalada baş vermiş hadisələrlə bağlı, Müdafiə Nazirliyinin iki zabitini həbs etməklə əlaqədar İstintaq Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətin istintaqıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni zabitlərin vəkili Hrant Vardanyan deyib.

“Polkovnik-leytenant Civan Mkrtçyanla bağlı vəsatətin istintaqı başa çatıb, məhkəmə hökm çıxarmaq üçün məsləhətləşmə otağına gedib, hökmün açıqlanmasını gözləyirik, mayor Vladimir Qukasyanın həbs edilməsi vəsatəti ilə bağlı iclas saat 17:00-da baş tutacaq”, - deyə Vardanyan bildirib.

Vardanyan xatırladıb ki, Çaylaqqalada müharibədən sonra 9 erməni hərbi qulluqçu öldürülüb və 2 erməni hərbi qulluqçu əsir düşüb.

“İstintaq Komitəsi hesab edir ki, zabitlər bu hadisələrlə əlaqədar məhkəmə qarşısında dayanmalı və həbs edilməlidirlər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ   Vardanyan   Ermənistan-ordusu   Ermənistan   MN   Böhran  

Erməni vəkil: “İki zabit Çaylaqqalada hərbi qulluqçuların ölüm hadisələri üzrə məhkəmə qarşısında dayanmalı və həbs edilməlidir”

2018/12/15041-1545914415.jpg
Oxunub: 812     15:48     03 May 2021    