Ölmüş 19 yaşlı erməni əsgərin ailəsinin qalmağa yerləri yoxdur

2021/05/dhdfh-1620032570.jpg
Oxunub: 591     14:56     03 May 2021    
61 yaşlı Valeri Altunyan müharibə başladıqdan sonra qanunsuz məskunlaşdıqları Xocavənd rayonunun Böyük Tağlar kəndindən Ermənistanın Abovyan şəhərinə köçüb, ailə üzvləri də İrəvana köçüblər.

Ordu.az xəbər verir ki, müharibə nəticəsində onların 19 yaşlı oğlu ölüb.

Saribek Altunyan müharibə başlayanda iki ayın hərbi qulluqçusu olub. Cəbrayılda döyüşüb. Saribek Altunyan ailə üzvləri ilə sonuncu dəfə oktyabrın 2-də danışıb, bundan aylar sonra, dekabrın 17-də ailə üzvləri Saribek haqqında məlumat alıblar.

Onun meyitinin bəzi hissələri, hərbi geyimi və pasportu tapılıb. DNT ekspertizasından sonra yanvarda Saribeki dəfn ediblər.

“Maliyyə dəstəyi almamışıq. Bir dənə yağsız düyü və makaron verirlər, mən necə yaşayım? Bir lampa ilə 25 min dram işıq pulu yazır, nə televizor var, nə də soyuducu, mən o pulu necə alacam”, - deyə erməni hərbi qulluqçunun yaxını olan Valeri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DNT   Ermənistan   Böhran  

Ölmüş 19 yaşlı erməni əsgərin ailəsinin qalmağa yerləri yoxdur

2021/05/dhdfh-1620032570.jpg
Oxunub: 592     14:56     03 May 2021    