Ermənistanın diplomatiyasının bərbad vəziyyəti

2021/05/Untit-1620032406.jpg
Oxunub: 940     17:58     04 May 2021    
“44 günlük Qarabağ müharibəsi dövründə ikinci dəfə oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının iclasında Qarabağ probleminin müzakirəsi və atəşin dayandırılması barədə bəyanatın qəbul edilməməsi bir sıra cavabsız suallar yaradır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın İctimai Şurasının sədri Styopa Safaryan “Facebook” səhifəsində yazıb.

“Əvvəlki məqaləmdə yazdığım kimi, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi olan Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasında ikinci dəfə məsələnin müzakirəsi təşəbbüsü ilə çıxış etmişdilər.

Onlardan Rusiya oktyabrın 10-da humanitar məqsədlərlə atəşkəs təsdiq etməyə çalışmışdı, bu alınmamışdı, Fransa isə oktyabrın 17-də çalışmışdı, bu da uğursuz olmuşdu.

Bu, kimə faydalı olmaya bilərdi?

O gün servis diplomatiyası ilə uğura nail olmağı və onu BMT Təhlükəsizlik Şurasının bəyanatı ilə təsdiq etməyi bacarmamış Rusiyaya?

ABŞ-a? ABŞ-ın ozamankı prezidenti D.Tramp bəlkə istəyərdi ki, prezidentlik yarışında müharibəni təkbaşına dayandırsın və bu uğurdan seçkiqabağı prosesdə növbəti xarici siyasi nailiyyət kimi istifadə etsin?

Şəxsən veto qoya bilməyən, lakin kiçik ölkələr vasitəsilə bəyanatın “geri götürülməsi”nə nail ola bilən BMT Təhlükəsizlik Şurasının başqa ölkələrinə?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   ATƏT   Ermənistan   Böhran   Safaryan  

Ermənistanın diplomatiyasının bərbad vəziyyəti

2021/05/Untit-1620032406.jpg
Oxunub: 941     17:58     04 May 2021    