Ermənistan Polisi və MTX birbaşa Paşinyana tabe olmağa davam edir

2021/05/fafas-1620032125.jpg
Oxunub: 631     16:30     03 May 2021    
2018-ci ildə baş verən hakimiyyət dəyişikliyindən sonra ilk dəfə Ermənistanın demokratiya göstəricisi eniş yaşayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Freedom House” beynəlxalq hüquq təşkilatının hesabatında bildirilib.

Təşkilatın hesabatına görə, 2020-ci il Ermənistan üçün dərin problemlərlə diqqət mərkəzinə düşüb.

Hesabatda qeyd olunub ki, cari il ərzində ikinci Qarabağ müharibəsindən sonra fasilələrlə baş vermiş siyasi böhran, o cümlədən Ermənistan və Azərbaycan sərhədi boyunca təhlükəsizlik riskləri, hazırkı hökumətə qarşı cəmiyyətin aşağı etibarı, iqtisadi gərginlik və COVID-19 epidemiyası Ermənistanda demokratik irəliləyiş məsələsində özündə problemlər ehtiva edir.

Bildirilib ki, 2021-ci ildə baş tutacaq növbədənkənar parlament seçkilərinə baxmayaraq, gələcək islahatların perspektivi və istiqaməti qeyri-müəyyəndir, çünki bunlar gələcək hökumətinin təkibindən və cəmiyyətin etimadının bərpasından asılıdır.

Hesabatın müəllifləri vurğulayıblar ki, Ermənistan polis və Milli Təhlükəsizlik Xidməti Baş nazirə birbaşa tabe olmağa davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan   MTX  

Ermənistan Polisi və MTX birbaşa Paşinyana tabe olmağa davam edir

2021/05/fafas-1620032125.jpg
Oxunub: 632     16:30     03 May 2021    