Pentaqon: Rusiya müharibəni dayandırdı və təsirini genişləndirdi

2020/06/10497-1591007276.jpg
Oxunub: 1352     13:35     03 May 2021    
“Rusiya Qarabağ müharibəsini dayandırdı, lakin Cənubi Qafqazda öz hərbi və iqtisadi təsirini genişləndirdi”.

Ordu.az xəbər verir ki, bunu Pentaqonun Kəşfiyyat İdarəsinin rəhbəri Stok Berryer bildirib.

O, Konqresdə dünya təhdidlərinə və təhlükələrinə həsr edilmiş illik hesabatını təqdim edib və qeyd edib ki, Moskva indi keçmiş Sovet İttifaqı ərazisində Çinin, Türkiyənin və Qərbin öz təsirini genişləndirmək səylərini nəzərə almaqla bu regionda strategiyasını yenidən nəzərdən keçirməyə məcburdur.

Pentaqon rəsmisi bildirib ki, böyük ehtimalla Rusiya Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrinin açılmasını və kommunikasiyanı da nəzarət altına alaraq öz təsirini həyata keçirməyə davam edəcək.

Fransanın Ermənistandakı səfiri Conatan Lakot deyib ki, təcili cavab tələb edən problemlər, xüsusən də hərbi əsirlərin azad edilməsi məsələsi var, bu, hər hansı ilkin şərtsiz olmalıdır.

“Həmçinin həm Qarabağda, həm də Ermənistan sərhədlərində atəşkəsi möhkəmləndirmək lazımdır. Ümumiyyətlə, Ermənistan və Azərbaycana danışıq aparmağa imkan verəcək siyasi prosesə yenidən başlamaq lazımdır”, - deyə Lakot qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ   Rusiya   Pentaqon   ABŞ   Ermənistan   Böhran   Paşinyan  

Pentaqon: Rusiya müharibəni dayandırdı və təsirini genişləndirdi

2020/06/10497-1591007276.jpg
Oxunub: 1353     13:35     03 May 2021    