“Lragir”: Kremldə Ermənistanın “qamçı qüvvəsi”ni hiss ediblər

2020/10/kreml-1602495991.jpg
Oxunub: 900     10:39     04 May 2021    
“Kremlin Bayden tərəfindən “erməni soyqırımı”nın (qondarma – red.) tanınmasına reaksiyası, daha doğrusu, təəccübü tragikomediyaya çevrilib. Əvvəlcə Kremlin mətbuat katibi bunun ABŞ-ın daxili işi olduğunu bildirib, sonra bəyan edib ki, bu, “Vaşinqton tərəfindən sevilən qamçı və peçenya oyunudur. Bu, nə erməni xalqına qarşı mərhəmət göstərmək istəyi, nə də Osmanlı İmperiyasının və Ermənistanın tarixini dərindən anlamaq istəyi deyil””.

Ordu.az xəbər verir ki, bu barədə “Lragir.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Beləliklə, Kreml faktiki olaraq “soyqırımı”nı rəsmi olaraq inkar edib. Türklərlə birlikdə hazırda Ermənistana qarşı “soyqırımı” fəaliyyətləri həyata keçirən Kreml səmimi olaraq əsl mövqeyini etiraf edir. Digər tərəfdən Kreml öz fəaliyyətlərini “Amerika sui-qəsdi” və türklərlə birgə qərb əleyhinə kurs ilə əsaslandırmağa çalışdığı üçün Baydenin qərarı Moskvanı və bu mövzuda onun İrəvan musiqiçilərini bu arqumentdən də məhrum edir”, - deyə müəllif yazıb.

Məqalədə yazılıb ki, Putin 20 il ərzində “soyqırımı” sözünü tələffüz etməyib, Baydenin qərarı ərəfəsində isə Moskva Ankaraya Türkiyə tərəfinin Bayden administrasiyasına təqdim etdiyi arqumentləri “tədarük etmişdi”.

Müəllifin sözlərinə görə, Baydenin qərarı qamçı da deyil, daha ağır bir şeydir və Kremldə bunu hiss ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Putin   Bayden  

“Lragir”: Kremldə Ermənistanın “qamçı qüvvəsi”ni hiss ediblər

2020/10/kreml-1602495991.jpg
Oxunub: 901     10:39     04 May 2021    