“Azərbaycanlılar Sünik istiqamətində döyüş məntəqələri qururlar” – ƏTRAFLI

2020/12/4b38b-8034139150.jpg
Oxunub: 4985     12:58     03 May 2021    
“Azərbaycanlılar Sünik vilayətinin Teğ icmasının Xanazax kəndinin başında iki gün əvvəl tikinti texnikası gətiriblər, döyüş məntəqələri qururlar”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Teğ icmasının rəhbəri Nerses Şadunts deyib.

“Dünən yox birinci gün texnika gətiriblər, lakin azərbaycanlıların bizim ərazimizdə döyüş məntəqələri qurmaqları düzgün deyil. Demaskasiya işlərindən sonra bu ərazi onların sərhədi hesab olunur, keçmişdə razılaşma var idi ki, onlar bura gəlməsinlər, biz də dayanmayaq, sadəcə bayraqlar olsun, amma onlar gəldilər. Yaxın gələcəkdə hava şəraiti imkan verəndə biz də 5-10 metr məsafədə öz döyüş məntəqələrimizi quracağıq”, - deyə Şadunts bildirib.

İcma rəhbərinin sözlərinə görə, ümumi vəziyyət sakitdir.

“Ayıq olmalı və öz yerimizdə olmalıyıq”, - deyə o qeyd edib.

Xanazax kəndinin kəndinin rəhbəri Anuşavan Hovakimyan da məlumatı təsdiqləyib.

Kənd başçısının sözlərinə görə, Azərbaycan hələ iki gün əvvəl Xnatsax kəndinin sərhədinə texnika gətirib, artıq səngər qazmağı bacarıb, lakin hazırda tikinti işləri yoxdur.

“Gəlib quyu qazıblar ki, post qoysunlar. Hazırda işlər dayanıb, texnikanı çıxarıblar, sabah davam edib-etməyəcəyini deyə bilmərəm. Səngər artıq qazılıb, hazırdır. Dünən gəldi, bir yarım saat işlədi, getdi”, - deyə Anuşavan Hovakimyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ   Zəngəzur   Sünik  

“Azərbaycanlılar Sünik istiqamətində döyüş məntəqələri qururlar” – ƏTRAFLI

2020/12/4b38b-8034139150.jpg
Oxunub: 4986     12:58     03 May 2021    