Paşinyanı “öldürmək” növbəsi Sasun Mikayelyandadır

2021/05/asfas-1620030805.jpg
Oxunub: 940     17:12     03 May 2021    
““Yerkrapah” hərbi təşkilatının sədri, “Mənim addımım” fraksiyasının deputatı Sasun Mikayelyanın “Sünikdə təhlükəsizlik problemi var, hər an türk yoldan adam apara bilər” bəyanatı çoxlu suallara səbəb olur”.

Ordu.az xəbər verir ki, bu barədə ermənilərin “Hayeli” nəşrində dərc olunan məqalədə bildirilib.

“Niyə Mikayelyan indi Nikol Paşinyanın Sünik yürüşlərindən və bunu izləyən fəaliyyətlərdən sonra hakimiyyətin müxtəlif nümayəndələrinin və xüsusən də Sünikdən seçilmiş deputatların aylar ərzində davamlı olaraq təkzib etdiyi bir şeyi deyir? Göründüyü kimi Sasun Mikayelyan öz komandasına “Xeyr, siz yalan danışırsınız, Sünikdə hər an adam qaçırmaq təhlükəsi var və nə ediblərsə, az ediblər” deməklə Robert Köçəryana böyük hədiyyə edir”, - deyə nəşrin yazısında bildirilib.

Müəllifin sözlərinə görə, bəlkə də Sasun Mikayelyan bu şəkildə Nikol Paşinyandan hansısa bir şey qəsb etməyə çalışır, məsələn, o, siyahıdakı yeri ilə razı deyil və bənzər ictimai şantajlarla ona çatmalı olanı almağa çalışır, ancaq Mikayelyanın seçkilərdə qalib gəlsələr belə, hakimiyyətlərinin sonunun yaxın olduğunu başa düşərək özü üçün humanitar dəhlizlər açdığını istisna etmək olmaz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Paşinyanı “öldürmək” növbəsi Sasun Mikayelyandadır

2021/05/asfas-1620030805.jpg
Oxunub: 941     17:12     03 May 2021    