“Lragir”: Rusiya bir sıra məsələlərdə Ermənistanı məcbur etmək üçün diversantlardan istifadə edir

2021/05/unnam-1620030111.jpg
Oxunub: 858     12:38     03 May 2021    
“2020-ci il noyabrın 9-dan 6 ay sonra Rusiya XİN rəhbəri Sergey Lavrov İrəvana səfər edəcək. Aprelin 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya bəyanat yayıblar, bununla “məlum prinsiplər və elementlər” əsasında danışıqları bərpa etməyə hazırlıqlarını bildiriblər”.

Ordu.az xəbər verir ki, bu barədə “Lragir.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Ermənistan XİN təsdiqləyib ki, “məlum priniplər”dən əsası Qarabağın “status” məsələsidir. Lakin Moskva bəyanatda statusun xatırladılmaması və ümumi ifadələr işlədilməsi üçün hər şey edib. Bundan əvvəl Rusiya ən yüksək səviyyədə bəyan edirdi ki, status məsələsinin müzakirəsi məqsədəuyğun deyil və əvvəlcə üçtərəfli bəyanatı tam şəkildə yerinə yetirmək lazımdır”, - deyə məqalədə yazılıb.

Müəllif bildirib ki, Rusiya kommunikasiyaların açılması məsələsi də daxil olmaqla, bir sıra məsələlərdə Ermənistanı qərarlara məcbur etmək üçün erməni hərbi qulluqçu olan əsirlərdən istifadə edir.

“Kommunikasiyaların açılması Rusiyanın və türklərin birgə patrul xidməti, Ermənistanın suverenliyinin aradan qaldırılması ilə türk dünyasını birləşdirən dəhlizin yaradılmasını nəzərdə tutur", - deyə müəllif qeyd edib.

Bildirilib ki, rus qoşunu türklərlə razılaşma əsasında “status” məsələsini məhv etmək üçün Qarabağdadır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Böhran   ATƏT   Qarabağ   Azərbaycan  

“Lragir”: Rusiya bir sıra məsələlərdə Ermənistanı məcbur etmək üçün diversantlardan istifadə edir

2021/05/unnam-1620030111.jpg
Oxunub: 859     12:38     03 May 2021    