Hesabat: İndiyədək Azərbaycanın 54, Rusiyanın 2, Ermənistanın 1 vətəndaşı minaya düşüb

2021/04/hokm_-1618732209.jpg
Oxunub: 2173     11:37     03 May 2021    
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyasından Ordu.az-a bildirilib ki, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin aprel ayında 8 hadisə nəticəsində 12 nəfərin minalardan zərər çəkdiyini qeydə alınıb.

Nəticədə bir mülki şəxs və bir hərbçi həlak olmuş, dörd mülki şəxs və altı hərbçi yaralanmışdır. 2021-ci ilin aprel ayında minalarla bağlı hadisələr Ağdam, Tər-tər, Gubadlı və Zəngilan rayonlarının ərazisində baş vermişdir.

Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikası 54 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır.

Bundan başqa 2021-ci ilin aprel ayında Azərbaycan Respublikasının ərazisində Ermənistan FHN-in bir nəfər əməkdaşı və Rusiya sülhməramlılarının iki hərbçisi də mina partlayışı zamanı yaralanmışdır.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

Hesabat: İndiyədək Azərbaycanın 54, Rusiyanın 2, Ermənistanın 1 vətəndaşı minaya düşüb

2021/04/hokm_-1618732209.jpg
Oxunub: 2174     11:37     03 May 2021    