Estoniya şirkəti Avstraliya ordusuna THeMIS döyüş robotu təhvil verib

2021/05/asfas-1620024051.jpg
Oxunub: 888     17:53     03 May 2021    
Estoniyanın “Milrem Robotics” şirkəti Avstraliya ordusuna ilk THeMIS döyüş robotu təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Avstraliya ilk robotu sınaq və qiymətləndirmə üçün istifadə etmək niyyətindədir.

2020-ci ilin sonunda “Milrem Robotics” ilə Avstraliyada yerləşən XTEK adlı müdafiə sənayesi təşkilatı arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən şirkət THeMIS robotlarının Avstraliya və Yeni Zelandiyada xüsusi distribütoru olub.

“Milrem Robotics” şirkəti döyüş robotları sahəsində önəmli yer tutan şirkətlərdən biridir. Şirkətin istehsal etdiyi hərbi robotların 7-si NATO üzvü olmaqla 10 ölkənin hərbi qüvvələri tərəfindən istifadə edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Estoniya   Avstraliya   Ordu   THeMIS  

Estoniya şirkəti Avstraliya ordusuna THeMIS döyüş robotu təhvil verib

2021/05/asfas-1620024051.jpg
Oxunub: 889     17:53     03 May 2021    