Ağ Ev Trampın dövründə döyüş teatrı xaricində həyata keçirilən hücumlarla bağlı bəzi qaydaları açıqlayıb

2021/05/asfsa-1620023863.jpg
Oxunub: 602     13:47     03 May 2021    
ABŞ prezidenti Co Baydenin rəhbərlik etdiyi administrasiya keçmiş prezident Donald Trampın xarici ölkələrdə döyüş teatrı xaricində həyata keçirilən hücumlarla bağlı qəbul etdiyi qaydaları açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “New York Times” nəşri yazıb.

Sənədin bəzi hissələrinin məxfilik səbəbi ilə senzuraya məruz qaldığı qeyd olunur.

2017-ci ildə elan edilmiş qaydalar xüsusi təyinatlı qüvvələrin hərəkətlərini və PUA-larla zərbələrin endirilməsini əhatə edir. Məsələn, terrorçulara qarşı aparılan əməliyyat zamanı daha çox kəşfiyyat məlumatı əldə etmək üçün onların öldürülməsi əvəzinə həbs edilməsinə üstünlük verilir.

Trump administrasiyası dövründə komandirlərə hücumlarda qərar vermək sərbəstliyi verilib, hərbçilər əməliyyatlar zamanı mülki şəxslərin yaralanmayacağına və ya öldürülməyəcəyinə dair “tam əminlik” əldə etməli idi.

Xatırladaq ki, mart ayının əvvəlində Bayden xaricdə hərbi güc tətbiqetmə səlahiyyətlərini yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   PUA  

Ağ Ev Trampın dövründə döyüş teatrı xaricində həyata keçirilən hücumlarla bağlı bəzi qaydaları açıqlayıb

2021/05/asfsa-1620023863.jpg
Oxunub: 603     13:47     03 May 2021    