Dünyanın ən təhlükəli sülhməramlı missiyası - Mali

2021/01/16107-1610771572.jpg
Oxunub: 904     15:33     03 May 2021    
Birləşmiş Millətlər Təşkilatı Afrikanın qərbində yerləşən Malidə 15000 nəfərlik sülhməramlı qüvvə yerləşdirib.

Ordu.az xəbər verir ki, BBC kanalı Malidəki MINUSMA missiyasını dünyanın ən təhlükəli vəziyyətdə fəaliyyət göstərən missiya adlandırıb.

2012-ci ildə Malinin şimal ərazisində, Saxara səhrasında yerləşən Azavad bölgəsində yaşayan tuareqlər və bölgənin digər yerli xalqları qiyama başlayıb. Qiyam nəticəsində minlərlə şəxs ölüb.

BMT 2013-cü ildə buraya sülhməramlı qüvvə yerləşdirib. Sülhməramlılar yerli əhalini qiyamçı və terrorçulardan qorumaq üçün uzunmüddətli kəşfiyyat patrulları həyata keçirirlər.

2013-cü ildən etibarın Malidə təxminən 250 BMT sülhməramlısı həyatını itirib.

Bundan başqa Fransa Afrikanın qərbində, Sahel adlanan bölgədə “Barxane” əməliyyatı keçirir. Əməliyyat Malini də əhatə edir. 2014-cü ildə başlayan əməliyyatda indiyədək Fransa ordusunun 40-dan artıq hərbi qulluqçusu öldürülüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fransa   Afrika   Barxane  

Dünyanın ən təhlükəli sülhməramlı missiyası - Mali

2021/01/16107-1610771572.jpg
Oxunub: 905     15:33     03 May 2021    