Çexiya Ordusu BMP-2 piyadaların döyüş maşınlarını əvəz etmək niyyətindədir

2021/05/asfas-1620023597.jpg
Oxunub: 865     16:28     03 May 2021    
Çexiya Ordusu BMP-2 piyadaların döyüş maşınlarını əvəz etmək üçün 3 şirkətlə danışıqlar aparır.

Ordu.az xəbər verir ki, şirkətlər təqdim etdikləri zirehli vasitələrin taktiki və texniki imkanlarını nümayiş etdirirlər.

BMP-2 ləri əvəz etmək üçün “BAE Systems” şirkəti CV90, “General Dynamics” şirkəti “Ascod”, “Rheinmetall” şirkəti isə Lynx KF41 zirehli maşınlarını Çexiyaya təqdim edib.

Hazırda poliqonlarda qabiliyyətlərini nümayiş etdirən zirehli maşınlar Çexiya ordusu tərəfindən diqqətlə yoxlanılır. Bir neçə gün əvvəl başlayan sınaqlar iyunun əvvəlində başa çatmalıdır. Ordunun araşdırmasından sonra Çexiya hökuməti qərar qəbul edəcək.

Satınalmanın təxminən 1,9 milyard avro dəyərində 210 zirehli personal daşıyıcısından ibarət olacağı düşünülür. Komponentlərin ən az 40%-i Çexiya şirkətləri, əsasən dövlətə məxsus VOP CZ şirkəti tərəfindən təmin edilməlidir. İlk nəqliyyat vasitələri 2023-cü ildən etibarən təhvil veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çexiya   Ordu   BAE-Systems   BMP-2  

Çexiya Ordusu BMP-2 piyadaların döyüş maşınlarını əvəz etmək niyyətindədir

2021/05/asfas-1620023597.jpg
Oxunub: 866     16:28     03 May 2021    