Ukrayna və Rumıniya payızda ortaq hərbi təlim keçirəcək

2021/04/6788-1617612226.jpg
Oxunub: 620     14:30     03 May 2021    
Ukrayna və Rumıniya payız aylarında Odessa bölgəsində “Riverine-2021” adlı birgə hərbi təlimlər keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təlimlərin əsas məqsədi regional təhlükəsizliyi gücləndirmək, iştirakçı ölkələrin qarşılıqlı təsir səviyyəsini və uyğunluğu yaxşılaşdırmaqdır.

Təlimlərə desant gəmiləri, artilleriya silahları daşıyan qayıqlar, mina gəmiləri, müxtəlif təyinatlı katerlər və dəniz aviasiyası cəlb ediləcək.

Tapşırıqların planlaşdırılması, idarə olunması və inkişafı NATO standartlarına və prosedurlarına uyğun olaraq həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Rumıniya   NATO  

Ukrayna və Rumıniya payızda ortaq hərbi təlim keçirəcək

2021/04/6788-1617612226.jpg
Oxunub: 621     14:30     03 May 2021    