“General Dynamics” yeni idarə olunan raket daşıyıcısını nümayiş etdirib

2021/05/asfas-1620023433.jpg
Oxunub: 811     15:50     03 May 2021    
“General Dynamics Land Systems” (GDLS) şirkəti “Brimstone” idarəolunan raket sistemlərinə sahib yeni döyüş vasitəsini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Ajax” avtomobilinin yeni variantı “Overwatch” adlanır və Avropanın raket istehsalçısı olan MBDA ilə birlikdə hazırlanıb.

“Brimstone” uzun mənzilli raketlərinin inteqrasiya olunduğu hərbi vasitələr ən müasir elektron arxitekturadan istifadə edir. “Brimstone” quru, hava və dəniz platformalarında istifadə edilən raketlərdir.

AJAX ailəsi dünyanın hər yerində Silahlı Qüvvələr üçün kəşfiyyat, davamlı nəzarət, komanda-idarəetmə kimi çox sayda funksiyanı yerinə yetirə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: General-Dynamics   AJAX   Brimstone  

“General Dynamics” yeni idarə olunan raket daşıyıcısını nümayiş etdirib

2021/05/asfas-1620023433.jpg
Oxunub: 812     15:50     03 May 2021    