Britaniyanın ilk pilotsuz döyüş təyyarəsi ilə bağlı yeni təfərrüatlar açıqlandı

2021/05/555-1620032782.jpg
Oxunub: 921     14:58     03 May 2021    
Britaniyanın ilk pilotsuz döyüş təyyarəsinin prototipinin hazırlanması üçün elan edilən tender ABŞ-ın “Northrop Grumman” şirkətinə verilib.

Ordu.az xəbər verir ki, “Northrop” Britaniyada təyyarə dizaynı və istehsalını həyata keçirmək üçün inkişaf və araşdırma fəaliyyətləri göstərən “Intrepid Minds” şirkəti ilə əməkdaşlıq edəcək.

Britaniyada pilotsuz döyüş təyyarəsinin yaradılmasını hədəfləyən “Mosquito” layihəsi çərçivəsindən istehsal ediləcək hava vasitələri F-35, “Typhoon” və yeni nəsil “Tempest” təyyarələri ilə birlikdə uçuş edərək heyəti qorumaq və üstünlüyünü artırmaq kimi funksiyaları icra edəcək.

Britaniya hökuməti bu ilin əvvəlində ABŞ-ın “Spirit AeroSystems” şirkəti ilə pilotsuz döyüş təyyarəsi ilə bağlı müqavilə imzalayıb. 30 milyon dollarlıq müqavilə layihə ilə bağlı ilkin araşdırma və prototip dizaynını nəzərdə tutur.

“Northrop Grumman” şirkəti ilə imzalanan müqavilə layihənin ikinci mərhələsini əhatə edir.

Müxtəlif raketlər və sensorlar, düşmən elementlərinə qarşı radioelektron mübarizə vasitələri ilə təchiz ediləcək pilotsuz döyüş təyyarəsi yüksək sürətlə uçmaq üçün dizayn ediləcək. “Spirit AeroSystems” 2023-cü ildə insansız döyüş təyyarəsinin tam səviyyəli prototiplə sınaq fəaliyyətlərinə başlamağı planlaşdırdıqlarını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Britaniya   ABŞ   SpiritAeroSystems  

Britaniyanın ilk pilotsuz döyüş təyyarəsi ilə bağlı yeni təfərrüatlar açıqlandı

2021/05/555-1620032782.jpg
Oxunub: 922     14:58     03 May 2021    