ABŞ Müdafiə naziri: “Növbəti böyük müharibə çox fərqli olacaq”

2021/05/asfas-1620023260.jpg
Oxunub: 1044     12:43     03 May 2021    
ABŞ-ın Müdafiə naziri Lloyd Oustin ölkənin Havay adalarında yerləşən Pörl Harbordakı Sakit Okean Komandanlığında bu vəzifədə ilk böyük çıxışını edib.

Ordu.az xəbər verir ki, o, çıxışı zamanı ABŞ-ın müdafiəsi üçün “yeni baxış bucağı” təqdim edib.

Oustin gələcək münaqişələrin “köhnə müharibələrə” bənzəməyəcəyini bildirib: “Növbəti böyük müharibə çox fərqli olacaq”.

Amerikalı nazir daha böyük müharibə ehtimalı ilə yanaşı ortaya çıxan kiber və kosmik təhdidlər barədə xəbərdarlıq edib. O, ilk çıxışını regionda Çinin artan hərbi gücündən narahatlıq fonunda edir.

Oustin yeni ortaya çıxan kiber və kosmik təhdidlər və daha böyük müharibə təhlükəsi qarşısında Vaşinqtonu texnoloji inkişafdan istifadə etməyə çağırıb.

Pentaqon rəhbəri məlumatların toplanıb işlənməsinə və paylaşılmasını sürətləndirmək üçün kvant hesablama və süni zəka sahələrinə müraciət edilməyini vurğulayıb.

O, ABŞ ordusunun dünyanın ən güclü və ən qabiliyyətli silahlı qüvvələrinə sahib olduğuna inanmaqla kifayətlənməməyin lazım olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Pentaqon  

ABŞ Müdafiə naziri: “Növbəti böyük müharibə çox fərqli olacaq”

2021/05/asfas-1620023260.jpg
Oxunub: 1045     12:43     03 May 2021    