Əsgərlərimizin sosial-məişət şəraiti yüksəkdir - FOTO

2021/05/3e704-3239946498.jpg
Oxunub: 792     10:53     03 May 2021    
Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, illər sonra azad edilən ərazilərdə, çöl və stasionar şəraitdə yerləşən hərbi hissələrin maddi-texniki təminatının gücləndirilməsi və müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində fəaliyyətlər uğurla davam etdirilir.

"N" hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından tanış olduq. Hərbi hissə müasir qurğu və avadanlıqlarla təchiz edilib. Əsgərlərimizin nümunəvi xidmət etmələri üçün mümkün olan bütün şərait yaradılıb. Ərazi ilə tanış olduqdan sonra əsgər yataqxanasına daxil olduq. Yaradılan şərait, səliqə-sahman könül oxşayırdı. Yataqların düzgün yığılması, dolablardakı təmizlik burada nizam-intizamın yüksək səviyyədə olmasından xəbər verirdi.

Əsgər Rüfət Quluyev söhbət zamanı bildirdi ki, qalib ordunun sıralarında xidmət etmək qürurvericidir. "Xidmət etdiyim müddət ərzində hər zaman arzu edirdim ki, Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılım. Torpaqlarımızı yağı düşməndən azad edənlərin sırasında olum. Xalqımızın qanına və canına susayan erməni vandallarından qisasımızı alaq. Arzum gerçəkləşdi və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında başlayan Vətən müharibəsinin iştirakçısı oldum. Döyüşlərin ilk günündən etibarən yurdumuzu zəbt edən düşməni torpaqlarımızdan qovduq, hər qarışını azad etdik".

"Komandanlıq tərəfindən yaradılan məişət şəraitimiz olduqca yüksək səviyyədədir", - deyə əsgər sözünə davam etdi. - Hər həftə camaşırlarımız yeniləri ilə əvəz edilir. Çirkli paltar və yataq dəstlərimiz yüksək texnoloji avadanlıqlarla təchiz olunan camaşırxanada yuyulub ütüləndikdən sonra bizə təhvil verilir. Peşəkar komandirlərimiz sayəsində heç bir çətinliyimiz olmur. Əlbəttə, hər birimizə göstərilən diqqət və qayğının qarşılığında xidmətimizi düzgün təşkil etməliyik.

Tovuz döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı olan əsgər Zaid Zaidov bildirdi ki, şəxsi heyət üçün yaradılan şərait qarşısında xidmətimizə məsuliyyətlə yanaşmalı, verilən bütün əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməliyik. "Yuxarı komandanlığın diqqət və qayğısı nəticəsində sosial-məişət şəraitimiz yüksək səviyyədədir. Gördüyünüz kimi, əsgər yataqxanamız necə gözəl və səliqəlidir. Biz də əlimizdən gələni edirik ki, bu səliqə-sahmanı qoruyub saxlayaq. Burada yaradılan məişət şəraiti hər birimizdə ruh yüksəkliyi yaradır. Bizim öhdəmizə düşən tək vəzifə isə Vətənə layiqli əsgər olmaqdır”.

Əsgər yataqxanasından sonra bərbərxanaya daxil olduq. Silahdaşının saçını səliqəyə salan əsgər Şamxal Rüstəmovla tanış olduq. Cəsur döyüşçümüz Tovuz və İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Kəlbəcər rayonu istiqamətində gedən ağır döyüşlər zamanı Şamxal xain düşmənin artilleriya zərbəsi nəticəsində qəlpə yarası alıb. O bildirdi ki, bərbər sənətinə uşaqlıqdan marağı olub. "Orta məktəbdə dərslərimi bitirdikdən sonra peşəkar usta yanına gedib bu sənətin sirlərini öyrənirdim. İndi isə öyrəndiklərimdən bacarıqla istifadə edirəm. Sevinirəm ki, hansısa bir bacarığımla əsgər yoldaşlarıma köməklik göstərirəm. Həftənin sonunda sıra baxışına hazırlaşarkən əsgər yoldaşlarımın saçını səliqəyə salıram".

"Digər əsgər yoldaşlarıma qoşularaq demək istəyirəm ki, burada bizim üçün hər cür şərait yaradılıb. Bu şəraitdən istifadə edərək, şəxsi gigiyena qaydalarına riayət edir, səliqəli və təmiz oluruq", - deyə əsgər Ayxan Əliyev bildirdi.

Mərd əsgərlərimiz üçün yaradılan şəraitlə tanış olduğumuz zaman bir daha əmin olduq ki, onların xidmətlərinin düzgün təşkil edilməsi üçün hərtərəfli şərait yaradılıb. Döyüşçülərimiz də bunun qarşılığında xidmətini düzgün təşkil edir, verilən tapşırıqları vaxtlı-vaxtında icra edirlər.

Orxan Hwseynli, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ordu   MN  

Əsgərlərimizin sosial-məişət şəraiti yüksəkdir - FOTO

2021/05/3e704-3239946498.jpg
Oxunub: 793     10:53     03 May 2021    