Hərbi xidmətdə bütün fəaliyyətlərimiz sıra ilə tənzimlənir

2021/05/e9107-1619972914.jpg
Oxunub: 664     15:42     03 May 2021    
Rəşadətli Azərbaycan Ordusunun bütün bölmələrində hərbi xidmət keçən gənclərə tələb olunan bütün təlim-məşqlərin keyfiyyətlə keçirildiyi hamıya bəllidir. Gənclər xidmətə gəldiyi gündən nizamnamə ilə təyin olunmuş fəaliyyətlərlə məşğul olurlar. Keçirilən dərslər onların nizam-intizamlı, silahlardan istifadə etməyi bacaran, bir sözlə, yüksək döyüş hazırlıqlı əsgərlər kimi formalaşmasında mühüm rol oynayır. Danılmaz faktdır ki, döyüş hazırlığı təkcə silahdan istifadə etməyi bacarmaq deyil. Döyüş hazırlığı ilə yanaşı, əsgərin fiziki hazırlığı, nizam-intizamı, döyüş ruhu da yüksək olmalıdır. Bunların arasında ən başlıcası nizam-intizamdır. Çünki nizami ordu olmasa, heç bir döyüş hazırlığından danışmaq olmaz. 44 günlük Vətən müharibəsi də bu fikirlərin əyani təsdiqi oldu. Nizami və güclü ordumuz düşmən üzərində inamlı qələbə qazandı. Tarixi qələbəmiz ordumuzda dəmir intizamın olduğunu bir daha göstərdi.

Ordu quruculuğunda daim diqqətdə saxlanılan məqamlardan biri şəxsi heyətin hərbi intizamıdır. Xidmətə gələn gənclərin hərbi həyatı ilə ilk tanışlığı məhz sırada olur. Çağırışçılar hərbi hissəyə qədəmlərini qoyan ilk gündən sıraya düzülür, sonrakı fəaliyyətləri izah olunur. Onlara sıranın müqəddəsliyi çatdırılır, digər intizam xarakterli davranışların bünövrəsinin məhz sırada qoyulduğu bildirilir.

Əsgərlərin gündəlik fəaliyyətləri arasında sıra hazırlığı dərsləri mühüm yer tutur. Həmin dərslərdə əsgərlərə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun olaraq dərslər keçirilir, sırada silahsız və silahla sıra hərəkətləri, əsgəri salamlaşma qaydaları, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borcları, sıra hazırlığına olan tələblər, yuxarı rəislərə yaxınlaşma və digər elementlər öyrədilir.

"N" hərbi hissəsində əsgərlərin sıra hazırlığının şahidi olduq. Sıra meydanının göz oxşayan genişliyi və sıra hazırlığı elementlərinin yerinə yetirilməsi üçün asfalt üzərində çəkilən ağ xətlərin, düzbucaqlı formasında fiqurların canlılığı dərs keçən zabit və əsgərlərin də, bizlərin də zövqümüzü oxşayır, dərsin daha səmərəli keçirilməsinə zəmin yaradır.

Dərsi maraqla izlədik. Əsgərlər sırada silahla hərəkətlərin qaydalarını öyrənirdilər. Dərs rəhbəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elşən İbrahimlinin komandası ilə əsgərlər silahın qayışda vəziyyətindən sinəyə və ya əksinə, həmçinin ayağa alınması, yerə qoyulması və digər komandaları bacarıqla icra edirdilər. Verilən komandaların cəld və dəqiq yerinə yetirməsindən yaranan səs dalğaları, demək olar ki, hərbi hissənin bütün ərazisinə yayılırdı. Şəxsi heyətin hərəkətləri eyni anda və nizamla yerinə yetirməsindən yaranan ritmik səslər, əsgərlərin şux qaməti, məğrur baxışları, qabaran sinələri və verilən bütün komandaları cəld və nizamlı şəkildə yerinə yetirmələri xoş ovqat bəxş edirdi. Nizami ordumuzla, əsgərlərimizlə bir daha qürur duyur, qalib ordunun vətənpərvər, igid, təcrübəli oğulları ilə öyünürdüm.

Fasilə vaxtından istifadə edərək əsgərlərlə həmsöhbət olduq.

"Nizam-intizam sıradan başlayır", - Elşən İbrahimli dedi. - Dərsə başlamazdan əvvəl əsgərlərə sıranın müqəddəsliyindən danışıram. Bu sıralarda Vətən uğrunda canlarından keçən neçə-neçə qəhrəman oğulların dayandığını izah edirəm. Şahidi oldunuz ki, əsgərlərin hər biri verilən komandaları necə bacarıqla icra edirlər. Onların dərsə belə həvəs göstərməsi, bacarıq nümayiş etdirməsi mənə də müsbət təsir edir. Sevinirəm ki, vaxtilə mənə öyrədilən hərbi bilikləri mən də əsgərlərə öyrətməklə vəzifəmin öhdəsindən layiqincə gəlməyə çalışıram.

Murad Əlizadə, Akif Ağazadə, Bəxtiyar Cəfərov, Murad Hüseynov, Elmar Həsənov və başqalarının sözlərindən əmin olduq ki, onların hər biri Vətənə sonsuz sevgi ilə bağlıdır. Əsgəri xidmətin vacibliyini, məsuliyyətini yaxşı dərk edirlər. Yüksək əhval-ruhiyyə ilə xidmət edirlər. "Biz burada Vətənə övladlıq borcumuzu yerinə yetiririk. Bu vəzifə hər birimiz üçün müqəddəsdir. Vətən müharibəsində şanlı qələbə qazanan ordumuzun gücü və qüdrəti bütün dünyaya bəllidir. Fəxr edirik ki, Azərbaycan Ordusunun sıralarındayıq. Həm də ikiqat qürurluyuq ki, biz də döyüşlərin iştirakçısı olduq. Bu, hər bir gəncin bir ömür boyu qürur duyacağı hisslərdir. Xidmətimizi uğurla davam etdiririk. Keçirilən dərslərdə fəal iştirak edir, döyüş hazırlığımızı daha da artırırıq. Hər birimiz yaxşı anlayırıq ki, ordumuzun adına layiqli, intizamlı əsgərlər olmalıyıq. İntizamın da əsasını təşkil edən sıra hazırlığı dərslərində bütün öyrədilənləri həvəslə mənimsəyirik. Sıra hazırlığı elə bir dərsdir ki, gündəlik bütün fəaliyyətlərimizin tərkib hissəsidir. Hərbi xidmətdə bütün fəaliyyətlərimiz sıra ilə tənzimlənir. Ona görə də sıra meydanında öyrədilən nizam-intizama daim əməl edirik", - əsgərlər dedilər.

Fasilə vaxtı bitdi. Əsgərlər yenidən silahlarını götürüb cəld şəkildə təyin olunan yerdə düzülərək dərsə davam etdilər. Onların nizam-intizamı, sırada davranışları, aralarındakı sağlam mühit, ordumuzda dəmir intizamın olduğunu bir daha nümayiş etdirir.

Mahmud Möhbalıyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ordu   MN  

Hərbi xidmətdə bütün fəaliyyətlərimiz sıra ilə tənzimlənir

2021/05/e9107-1619972914.jpg
Oxunub: 665     15:42     03 May 2021    