"Ordumuzun keçdiyi şanlı döyüş yolu haqqında onlara ətraflı məlumatlar verilir" - Leytenant

2021/05/a72d5-1619972852.jpg
Oxunub: 778     11:27     04 May 2021    
Bu gün rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində geniş islahatlar aparılır. Əsgərlərimizin vətənpərvərlik ruhunun və mənəvi-psixoloji vəziyyətinin yaxşılaşması üçün təcrübəli və peşəkar komandir heyəti əllərindən gələni əsirgəmirlər. Keçirilən məşğələlər şəxsi heyətdə milli-mənəvi dəyərlərimizə daha sıx bağlılıq aşılayır. Bunun sayəsində mənəvi-psixoloji hazırlığı yüksək olan Azərbaycan əsgəri Vətənə olan övladlıq borcunu məsuliyyətlə yerinə yetirir.

"N" hərbi hissəsində müasir avadanlıqlarla təchiz olunan ideoloji otaqda şəxsi heyət ictimai-siyasi hazırlıq dərsi keçirdi. Dərs otağında ordumuzun inkişaf tarixinin mərhələlərini, Ümummilli Liderimizin fəaliyyətini, ölkə başçısının və ordu rəhbərliyinin şəxsi heyətlə görüşlərini, dövlət atributlarımızı, tarixi qəhrəmanlarımızı və qan yaddaşımızı əks etdirən eksponatlar diqqətimizdən yayınmadı. Həmçinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının foto guşələrinin yaradılması bölmədə ideoloji, təbliğat və təşviqat işinin yüksək səviyyədə aparıldığını göstərirdi. Yaradılan şərait əsgərlərimizin mənəvi-psixoloji hazırlığında, vətənpərvərlik ruhunun artırılmasında, komandirlərə inam hissinin yüksəldilməsində mühüm rol oynayır. Dərs rəhbəri leytenant Cavad Cavadzadə dərs haqqında şəxsi heyətə ətraflı məlumat verdi. Əsgərlər də öz növbəsində zabiti diqqətlə dinləyir, lazımi məlumatları qeyd edirdilər.

Yaranan fasilədən istifadə edib C.Cavadzadə ilə həmsöhbət olduq. "Keçirilən ictimai-siyasi hazırlıq dərsləri sayəsində əsgərlərimiz tarixi biliklərini artırır, dünyagörüşlərini zənginləşdirirlər. Vətənə sevgi, düşmənə nifrət hissini formalaşdırmaq üçün şəxsi heyətdə vətənpərvərlik ruhunu daima yüksəkdə tutmaq tələb olunur. Bunun üçün isə tarixi mövzularda mütəmadi olaraq söhbətlər aparılır. Ordumuzun keçdiyi şanlı döyüş yolu haqqında onlara ətraflı məlumatlar verilir", - Cavad Cavadzadə dedi.

Zabit, həmçinin dərs cədvəlinə uyğun olaraq həftədə iki dəfə şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərslərinin keçirildiyini bildirdi. "Vətənin müdafiəsində dayanan şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən müvafiq tapşırıqları yerinə yetiririk. Bu istiqamətdə görülən vacib işlərdən biri də ictimai-siyasi hazırlıq dərsləridir. Şəxsi heyətin vətənpərvər və nizam-intizamlı olmasında ictimai-siyasi hazırlıq dərslərinin önəmi böyükdür".

Zabitlə söhbətimizi yekunlaşdırdıqdan sonra əsgərlərimizin keçirilən dərslər haqqında fikirlərini öyrəndik. Əsgər Rəhman Əlizadə ictimai-siyasi hazırlıq dərslərinin səmərəli təşkil olunduğunu, keçirilən dərslərin onların dünyagörüşünə müsbət təsir etdiyini bildirdi. "Əsgəri xidmət bizə bir çox üstün keyfiyyətlər aşılayır. Komandirlərimizdən döyüş hazırlığı, silahlar haqqında biliklər öyrənirik. Digər dərslər kimi, bu dərsdə də həvəslə iştirak edir, qrup rəhbərimizin danışdıqlarını diqqətlə dinləyir, lazımi qeydlərimizi aparırıq. Hər dərsdə fərqli mövzulardan yeni-yeni məlumatlar əldə edirik".

Növbəti həmsöhbətim əsgər Rüfət Quliyev oldu. Hərbi xidmətə Bakı şəhərindən çağırılan Rüfət dedi ki, günün nizam qaydasına uyğun olaraq keçirilən ictimai-siyasi hazırlıq dərsləri də bizim bacarıqlı əsgər kimi formalaşmağımıza istiqamətlənir, eyni zamanda, mənəvi-psixoloji hazırlığımıza müsbət təsir edir. Hərbi qulluqçu onu da vurğuladı ki, dərslərdə tarix boyu ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən, hərb tariximizdən, ordumuzun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsindən, bu döyüşlərdə igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən geniş söhbətlər edilir. Bundan əlavə, Rüfət bu biliklərin onların həm də cəmiyyətə yararlı vətəndaş kimi formalaşmasında böyük rol oynadığını da qeyd etdi.

Digər əsgərlər də keçirilən ictimai-siyasi hazırlıq dərslərinin onların döyüş ruhuna, qələbə əzminə, vətənpərvərlik hissinə müsbət təsir etdiyini bildirdilər. Onlar komandir heyətinin rəhbərliyi altında keçirilən bütün dərsləri yüksək səviyyədə mənimsəməyə çalışdıqlarını dedilər.

Elçin İMANOV, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   MN   Ordu  

"Ordumuzun keçdiyi şanlı döyüş yolu haqqında onlara ətraflı məlumatlar verilir" - Leytenant

2021/05/a72d5-1619972852.jpg
Oxunub: 779     11:27     04 May 2021    