"Tərtəmiz" Köçəryan: Suallar, suallar nə vaxtdan və hara qədər?

2021/04/55552-1619421646.jpg
Oxunub: 643     10:24     03 May 2021    
“Təəssüratım budur ki, bu planlı bir məğlubiyyət idi. Motivasiyanın nə olduğunu, planlaşdıranın kim olduğunu və bu planlı məğlubiyyəti kimin həyata keçirdiyini anlamalıyıq", - deyə Robert Köçəryan tərəfdarları ilə görüşündə bu və digər sualların cavablarının iyunun 20-dən, yəni seçkidən sonra verilməyə başlayacağını söylədi.

Köçəryan "iki qütblü seçkilərə" fəal şəkildə hazırlaşır və tərəfdarları ilə görüşü zamanı müxtəlif mövzu və sahələrə münasibət bildirir. Əlbətdə ki, bu çıxışlar seçkiqabağı bir xarakter daşıyır, ancaq müharibə vəziyyətində, Köçəryanın sualları, yalnız seçkiqabağı məntiq xaricində təəssüratların və bu sualların cavabına sahib olub-olmadığı baxımından maraqlıdır.

Məsələ ritorik deyil, çünki Köçəryan hakimiyyəti ələ keçirməyə hazırlaşır. Bu cür açıqlama onun təkcə təsəvvürlərə yox, baş verənlərin aydın bir mənzərəsinə "sahib olduğuna" dəlalət edir. Sual yaranır, belə bir mənzərə müharibədən əvvəl onda var idi?. Razılaşmaq lazımdır ki, bu tamamilə fərqli bir məsələdir.

"Lragir.am" nəşri yazır ki, Köçəryanın bu sualları Nikol Paşinyana doğru aparır, eyni zamanda Rusiyanın birinci şəxsləri bu suallara müəyyən cavablar veriblər.

"Məsələn, planlaşdırıcı bilinir və plana Lavrov planı deyilir. Bunun yalnız Ermənistanın məğlub olduğu təqdirdə mümkün olması, Ermənistan istiqamətində fəaliyyət göstərən Kreml planlaşdırıcıları, o cümlədən "erməni etnosu ilə əlaqəli" Serqey Kurqinyanın sözləri ilə təsdiqlənib.

Planı həyata keçirən, Rusiya Müdafiə Naziri və Putinin mümkün varisi Şoyqunun olduğu da məlumdur. O, qeyd edib ki, türklərlə birlikdə Qarabağda "mürəkkəb bir əməliyyat" həyata keçiriblər. Putindən başlayaraq ermənipərəst ekspertlərlə sona çatan hər kəs motivasiya barədə danışıblar.

Bütün bunlardan sonra, Putinin yaxını və ən Rusiyayönümlü şəxsiyyət sayılan Robert Köçəryanın sualları, xüsusən də hakimiyyəti ələ aldığı təqdirdə bir qədər qəribə görünür. O, Putinə inanmır?

Eyni zamanda, digər çox vacib bir sual, Ermənistan hökumətinin və siyasi sinifin "rusiyapərəst" hissəsinin bu proqramlarda iştirak edib-etməməsidir. Bu, əsas məsələdir və nəzərə alınmalıdır ki, siyasi təbəqənin rusiyapərəst hissəsi iki ildir Ermənistana qarşı müharibə zamanı həyata keçirilən planı dəqiq təsvir edirdi. Bu proqnozlar təəssüratı yaratmırdı, əksinə, erməni cəmiyyəti və ordusu arasında inamsızlıq və ümidsizlik dağıdıcı məqsədləri üçün qəsdən buraxılan məlumat sızıntısı idi. Nizamlı müharibə ərəfəsində klassik qaydasız "it" müharibəsi baş verib.

Köçəryanın açıqlamasını şərh edərkən, Moskva ssenarisinə görə "iki qütblü seçki"nin Köçəryanın baş nazirliyini nəzərdə tutmadığını nəzərə alaraq bunun ruslar üçün müəyyən bir işarə olduğuna şübhə etmək olar. Ruslara xain yox, amma bir "faşist" lazımdır. Maraqlısı budur ki, eyni şəkildə İrəvandakı "1 mart" hadisələrə işarə edərkən də Köçəryan faciəli hadisələrin baş verdiyi ərazilərin nə iqtidar, nə də müxalifət tərəfindən idarə olunmadığını söyləyirdi.

Yəni üçüncü bir maraqlı tərəf var idi. Daha sonra, "1 mart" hadisəsində şübhəli bilinən bir çox şəxs onları Ermənistana təhvil verməyi rədd edən Rusiyaya sığındı. Şübhəsiz, təsadüflə baş verdi.

Gəlin razılaşaq ki, nə "1 mart", nə də "Lavrov planı" Köçəryanın və Nikol Paşinyanın düşüncəsinin məhsulu deyildi. Bunlar tamamilə fərqli uçuş personajlarıdır. Bunun əvəzinə həqiqətləri söyləmələri və bu hadisələri bir-birlərinə qarşı dar məqsədlər üçün istifadə etməmələri onların zəkasının məhsulu ola bilər. Ancaq görünür ki, bu şüur vətənpərvərlik vicdanının dərinliyində itib batıb.

Hər halda, bunlardan birini seçmək lazımdırsa, erməni şəxsiyyəti, nəyə görə və hansının Moskvadan taleyüklü bir dönüş etmək baxımından daha ümidverici olduğunu yaxşı bilməlidir. Bir sözlə, hansının daha az rus olduğunu bilmək lazımdır. Ermənistanı 200 illik qan dənizindən çıxarmaq üçün başqa texnoloji seçki fəndləri də var", - deyə nəşrin məqaləsində qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Köçəryan   Ermənistan  

"Tərtəmiz" Köçəryan: Suallar, suallar nə vaxtdan və hara qədər?

2021/04/55552-1619421646.jpg
Oxunub: 644     10:24     03 May 2021    