Erməni qadını öldürən rus hərbi qulluqçunun məhkəməsində zərərçəkənin hüquqi varisləri iştirak etməyəcək

2021/01/26266-1611815417.jpg
Oxunub: 2091     18:13     01 May 2021    
Erməni qadını öldürən rus hərbi qulluqçu Razgildeyevi məhkəməyə təqdim etməməyə görə C. Qukasyanın hüquqi varisinin nümayəndələri, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin sədri Artur Makunts, HVAV ofisinin vəkilləri Arayik Zalyan və Hayk Hakobyan Cinayət Prosessual Məcəlləsinin müddəalarının icrasının təmin olunmasına qədər məhkəmə iclaslarında iştirakı dayandırırlar.

Ordu.az xəbər verir ki, 2018-ci il dekabrın 2-də Gümrüdə öldürülmüş Culietta Qukasyanın işi üzrə müttəhim, 102-ci rus hərbi bazasının hərbi qulluqçusu A. Razgildeyev rus bazasının ərazisində olmaqla məhkəmə iclaslarında uzaqdan iştirak etməyə davam edir.

C.Qukasyanın hüquqi varisinin maraqlarını təmsil edən, HVAV ofisinin sədri Artur Sakuntsun, HVAV ofisinin vəkilləri Arayik Zalyan və Hayk Hakobyanın dəfələrlə məhkəmənin bununla Cinayət Prosessual Məcəlləsinin normalarını pozduğunu bildirsə də, hakim A. Qukasyan bunu pozuntu hesab etmir.

Razgildeyevi məhkəməyə təqib etməməyə görə zərərçəkənin hüquqi varisinin nümayəndələri məhkəmə iclaslarında iştirak etməyəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Böhran  


Bizi "telegram"da izləyin