Dövlət Departamenti Hindistana P-8 hərbi patrul təyyarələrinin satışına razılıq verib

2020/04/46644-1586849579.jpg
Oxunub: 1350     14:11     01 May 2021    
ABŞ Dövlət Departamenti Hindistana “Boeing” şirkəti tərəfindən istehsal edilən P-8I hərbi patrul təyyarələrinin və əlaqəli avadanlıqların satışına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

İcrasına razılıq verilən müqavilənin ümumi dəyəri 2.42 milyard dollardır.

P-8 təyyarəsi Hindistanın dənizdə nəzarət imkanlarını genişləndirməyə kömək edəcək. Hindistanın ilk P-8I təyyarəsi 2009-cu ildə alınıb.

Müqavilə taktiki radio, raket xəbərdarlıq sensorları, GPS sistemləri, dəstək avadanlığı, ehtiyat hissələri və texniki dəstəyi əhatə edəcək.

Agentlik mümkün satışlar barədə Konqresə məlumat verib. Dövlət Departamenti tərəfindən təsdiqlənməsinə baxmayaraq, bu, müqavilə imzalandığını və ya danışıqların başa çatdığını göstərmir. Müqavilə Konqres tərəfindən təsdiqlənməlidir.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi Pentaqona tabe qurumdur. Bu qurum xaricə hərbi texnika, silah təchizatı, ABŞ və digər silahlı qüvvələr arasında təmasların təşviqi və Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardımlar barədə hökumətlərarası müqavilələrin təmin edilməsinə cavabdehdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hindistan  


Bizi "telegram"da izləyin